Latın Amerikası liderləri Avropaya qarşı birləşirlər

Latın Amerikası liderləri Avropaya qarşı birləşirlər
# 04 iyul 2013 21:53 (UTC +04:00)

Bakı-APA. Latın Amerikası ölkələrinin prezidentləri bu gün Boliviyanın Koçaçamba şəhərinə toplaşacaqlar. Toplantının məqsədi Boliviya prezidenti Evo Moralesin təyyarəsinə bir sıra Avropa ölkələrinin üzərindən uçmağa icazə verilməməsini müzakirə etməkdir.

İyulun 2-də Moskvadan havaya qalxmış Moralesin təyyarəsi Fransa və Portuqaliya öz hava məkanlarını və limanlarını sözügedən təyyarəyə qadağan etdikdən sonra Vyanada yerə enməyə məcbur olmuşdu. Avropa ölkələrinin qərarı prezidentin təyyarəsində keçmiş MKİ əməkdaşı Edvard Snoudenin olmasına dair məlumatlarla bağlı idi. Məlum olduğu kimi ABŞ hazırda Moskvada olan Snoudeni mühakimə etmək üçün tələb edir.

Moralesin fikrincə, Latın Amerikası ölkələri avropalıları beynəlxalq hüquq normalarına riayət etməyə məcbur eləməlidirlər. «Bu məsələ yalnız üzr istəməklə düzləməz», deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR