Azərbaycan ötən ay təyyarə yanacağının ixracını 18% artırıb

Azərbaycan ötən ay təyyarə yanacağının ixracını 18% artırıb
# 04 fevral 2014 07:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi bu ilin yanvar ayında 78 106 ton dizel yanacağı ixrac edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 9,7% azdır.

Ötən ay ərzində 10 157 ton təyyarə yanacağı ixrac edilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.

Bu ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 938,99 dollar, təyyarə yanacağının - 955,95 dollar, dizel yanacağının - 903,01 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR