Rusiyada ABŞ və Avropa şirkətlərinin aktivlərinin müsadirəsini nəzərdə tutan qanun hazırlanır

Rusiyada ABŞ və Avropa şirkətlərinin aktivlərinin müsadirəsini nəzərdə tutan qanun hazırlanır
# 05 mart 2014 09:11 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifi, Federasiya Şurasının konstitusiya qanunvericiliyi komitəsinin rəhbəri Andrey Klişas bildirib ki, qanun layihəsi Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi halda işə düşəcək.

“Qanun layihəsi prezidentə və hökumətə müvafiq səlahiyyətlərin verilməsini nəzərdə tutur. Məqsəd suverenliyimizə hücum cəhdlərinin qarşısını almaqdır”, - deyə o vurğulayıb.

A.Klişasın sözlərinə görə, müvafiq tədbirlərin ayrıca qanunda yer alacağı gözlənilir: “İstənilən sanksiyalar qarşılıqlı olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR