Qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib - VİDEO - YENİLƏNİB

Qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 04 mart 2014 11:26 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

O, bildirib ki, həmin şəxs Ermənistan tərəfinə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə verilib.

Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

***

saat 13.17

Bakı. Şəhriyar Əlizadə - APA. “Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin bu gün ölkəsinə təhvil verilməsi nəzərdə tutulur”.

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin bu gün Ermənistan tərəfinə verilməsi gözlənilir.

Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR