Deputat İsmayıllıda seçiciləri qəbul edib - FOTOSESSİYA

Deputat İsmayıllıda seçiciləri qəbul edib - <span style="color: red;">FOTOSESSİYA
# 28 fevral 2014 07:13 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda səfərdə olub.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, millət vəkili Uştalqışlaq kəndində seçicilərlə görüş keçirib və yeni subartezian quyusunun istifadəyə verilməsi münasibətilə açılış mərasimində iştirak edib. Sonra İsmayıllı şəhərindəki ofisində seçiciləri qəbul edib. Qəbula gələn sakinlər müxtəlif məsələlərə dair millət vəkilinə müraciətlər ediblər. Əsasən sosial yönümlü məsələlər qaldırılıb. Bəzi müraciətlər yerindəcə təmin edilib. Digər məsələlərlə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR