Azərbaycan musiqiçiləri Yunanıstanda xeyriyyə konserti veriblər - FOTOSESSİYA

Azərbaycan musiqiçiləri Yunanıstanda xeyriyyə konserti veriblər - <span style="color: red;">FOTOSESSİYA
# 11 aprel 2014 14:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Gənclər və İdman Nazirliyinin nümayəndə heyətinin Yunanıstana səfəri çərçivəsində Afina şəhərinin Teatr Kollecinin konsert salonunda Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin xeyriyyə konserti keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli və digər görkəmli Azərbaycan bəstəkarları ilə yanaşı, dünya klassiklərinin də əsərləri tamaşaçılar tərəfindən gənclərin ifasında maraqla qarşılanıb.

Konsertdə Yunanıstanın bir çox ziyalıları ilə yanaşı, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis də iştirak edib.

Qeyd edək ki, konsertdən yığılan vəsait əlil uşaqların müalicəsinə xərclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR