İran xarici işlər naziri və BMT baş katibi arasında telefon danışığı olub

İran xarici işlər naziri və BMT baş katibi arasında telefon danışığı olub
# 02 sentyabr 2013 12:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri ilə BMT baş katibi arasında telefon danışığı olub.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, tərəflər Suriya məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Məhəmməd Cavad Zərif Suriyada kimyəvi silahlardan istifadə edilməsini pisləyərək, bu ölkəyə qarşı hərbi müdaxilənin doğuracağı təhlükələrdən danışıb: “Suriyaya hərbi müdaxilə geniş və idarəsi çox çətin acı nəticələrə səbəb ola bilər”. İran XİN rəhbəri həmçinin Suriya böhranının aradan qaldırılması üçün güc tətbiqinə müraciət edilməsini yersiz cəhd kimi qiymətləndirib: “Suriya böhranının sülh yolu ilə həlli üçün İran yardım göstərməyə hazırdır”.

Pan Gi Mun isə öz növbəsində Suriya böhranının aradan qaldırılması üçün siyasi həll yolunun tapılmasının zəruri olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR