Futbolçu transferindən ən çox qazanan klubların siyahısı açıqlanıb

Futbolçu transferindən ən çox qazanan klubların siyahısı açıqlanıb
# 03 sentyabr 2013 09:49 (UTC +04:00)

Bakı – APA. Avropada yenicə başa çatan “transfer pəncərəsi”nin yekunlarına əsasən futbolçu satışından ən çox qazanan klubların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Anji” (Rusiya) 6 üzvünün keçidindən 136,35 milyon avro qazanıb.


Bu göstəricidə 2-ci pillədə “Tottenhem”di. Təkcə Qaret Beyli 91 milyon avroya (hesablamalarda məhz bu rəqəm nəzərə alınıb) satan İngiltərə təmsilçisi ümumilikdə 118,02 milyon avro əldə edib.

Daha 2 klub 100 milyon həddini arxada qoyub. 3-cü olan “Real” 114,5 milyon avroluq oyunçu satışı ilə klub tarixinin rekordunu vurub.


1. "Anji" - 136,35 milyon avro
2. “Tottenhem" - 118,02
3. "Real" - 114,5
4. "Roma" - 104,9
5. "Sevilya" - 90,4
6. "Atletiko" - 78,0
7. "Porto" - 74,6
8. "Santos" - 70,2
9. "Napoli" - 67,7
10. "Şaxtyor" - 67,5

Qeyd edək ki, daha bir rekord İngiltərə Premyer Liqasının hesabındadı. Klubları ümumilikdə 630 milyon funt sterlinqlik oyunçu transfer edən çempionat 2008-ci ilin rekordunu yeniləyib. Həmin vaxt 500 milyon funt sterlinqlik futbolçu alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR