Bakı-Sumqayıt avtomobil yolunda tıxacların aradan qaldırılması üçün yeni körpü tikilir

Bakı-Sumqayıt avtomobil yolunda tıxacların aradan qaldırılması üçün yeni körpü tikilir
# 09 yanvar 2014 14:04 (UTC +04:00)

Belə ki, «Azəryolservis» ASC Bakı-Quba yolunun 7-9-cu kilometrində bu istiqamətdə tədbir görür.

ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, artıq Bakı-Quba yolunun 9-cu kilometrində, Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında dəmir yolu üzərindən mövcud yol ötürücüsünün yanında 4 aşırımlı yeni yol ötürücüsünün inşası yekunlaşıb.

Onun sözlərinə görə, yanaşma yollarının tikintisi işləri də həyata keçirilir: «İnşa olunan yanaşma yolları yol ötürücüsündən Beynəlxalq Bakı Avtovağzalına, daha sonra isə Beynəlxalq Atıcılıq Federasiyasının bazasına qədər davam edəcək».

Eyni zamanda, Bakıdan Sumqayıt istiqamətində (Biləcəri hissəsində) yeni biraşırımlı körpü inşa olunur. Körpünün yanaşma yolları yeni inşa olunan yerüstü piyada keçidinə qədər davam edəcək. Onun yan hissəsində isə dairəvi hərəkətin yaradılması planlaşdırılır. Bu da avtomobillərin istənilən istiqamətdə hərəkətini təmin edəcək. «Bununla da, avtomobillərin normal hərəkəti təmin olunacaq», - deyə P.Mürsəliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR