İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib
# 08 noyabr 2013 13:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün günorta saatlarında İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycanın vilayətinin Şərəbian şəhərinə təsadüf edib.

4,6 bal gücündə olan zəlzələ noyabrın 8-də Bakı vaxtı ilə günorta saat 14:12-də (Tehran vaxtı ilə 13:42-də) yerin 9 km dərinliyində meydana gəlib. Təbii fəlakət Şərabiandan 11 km, Dozdozandan 17 km, Tikmədaşdan 23 km və Tehrandan 444 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, noyabrın 6-da da İranın Şərqi Azərbaycan vilayətinin Şərəbian şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.

Bundan əlavə, noyabrın 7-də gecə saatlarında İranın Hörmüzqan vilayətində də zəlzələ baş verib. Təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Göhəran şəhərinə təsadüf edib. 4,1 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə gecə saat 03:38-də (Tehran vaxtı ilə 03:08-də) yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət Göhərandan 39 km, Minabdan 78 km, Manicandan 94 km və Tehrandan 1169 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR