Oğuzda mal-qara oğruluğu ilə məşğul olan şəxslər tutulub

Oğuzda mal-qara oğruluğu ilə məşğul olan şəxslər tutulub
# 22 yanvar 2014 12:12 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuzda mal-qara oğruluğu ilə məşğul olan Yevlax rayon sakinlərindən ibarət qrup zərərsizləşdirilib. Oğuz rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Oğuz rayonu Padar kənd sakini Qasımov Natiq Rafiq oğlu yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsindən 1 baş iribuynuzlu malın oğurlanması barədə rayon Polis Şöbəsinə müraciət edib. Keçirilmiş axtarış-əməliyyat tədbirləri nəticəsində Natiq Qasımova məxsus 1 baş iribuynuzlu malın Yevlax rayonu Ərəş kənd sakinləri, 34 yaşlı Ramiz Şərifov, 27 yaşlı əvvəllər məhkum olunmuş Rasim Şərifov və ömrünün 14 ilini məhkumluq həyatı yaşayan Cabir Adıgözəlov tərəfindən oğurlanması məlum olub. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq Oğuz RPŞ-ə gətirilib. Onların ətrafında aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər əvvəlcədən əlbir olaraq 22 dekabr 2013-cü il gecə saat 03 radələrində Ağdaş rayon Qumlaq kənd sakini Hüseyn Kərimova məxsus 2 baş və Oğuz rayon Ərimənət kənd sakini Eyvaz Hüseynova məxsus bir baş iribuynuzlu mal-qaranı oğurlayıblar. Oğuz rayon PŞ-dən APA-ya o, da bildirilib ki, oğruluqla məşğul olan dəstənin iki üzvü Ramiz və Rasim qardaşdırlar. Faktla bağlı Oğuz RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR