Bu il AMEA-nın Fizika İnstitutunda 2 İran vətəndaşı dissertasiya müdafiə edib

Bu il AMEA-nın Fizika İnstitutunda 2 İran vətəndaşı dissertasiya müdafiə edib
# 24 dekabr 2013 07:36 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Texniki Elmlər Bölməsi institut və təşkilatlarının 2013-cü il üçün hesabat iclası çərçivəsində Fizika İnstitutunun illik hesabatı dinlənilib.

APA-nın məlumatına görə, Fizika İnstitutunun direktoru Nazim Məmmədov deyib ki, bu il Fizika İnstitutunun Dissertasiya Şurasında 1 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Dissertasiya müdafiə edənlərdən 4 nəfər Fizika İnstitutunun əməkdaşıdır. İran İslam Respublikasının 2 vətəndaşı isə bu institutun Dissertasiya Şurasında fəlsəfə doktoru üzrə dissertasiya müdafiə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR