Mursi tərəfdarları ordu və polislə qarşıdurmaya gedir

Mursi tərəfdarları ordu və polislə qarşıdurmaya gedir
# 04 iyul 2013 17:58 (UTC +04:00)

Bakı-APA. Qahirə Universiteti rayonunda yerləşən Ən-Nahda meydanında hakimiyyətdən devrilmiş Məhəmməd Mursinin tərəfdarları hərbçilər və polislə toqquşub. APA-nın xəbərinə görə, bu barədə məlumatı Misir KİV-ləri yayıb.

Məlumata əsasən, bir neçə nümayişçi zirehli texnikanı ələ keçiriblər və ordu komandanlığı əleyhinə şüarlar səsləndiriblər. Hərbçilər havaya atəş açaraq nümayişçiləri qovmağa çalışıblar.

Polis əməkdaşları isə öz növbəsində əlində əldəqayırma partlayıcı qurğu olan bir nəfəri saxlayıblar. Bir neçə min islamçı Ən-Nahda meydanına toplaşaraq tribuna qurublar və onların liderləri davamlı olaraq burada çıxış edirlər. Onlar meydana bütün giriş və çıxışları bağlayıblar.

Misir polisi və hərbçilər isə meydanı mühasirəyə alaraq ora nümayişçiləri buraxmamağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR