Haşimi Rəfsəncaninin kitabı Tehranda keçirilən beynəlxalq sərgidən yığışdırılıb - FOTO

Haşimi Rəfsəncaninin kitabı Tehranda keçirilən beynəlxalq sərgidən yığışdırılıb - <span style="color: red;">FOTO
# 13 may 2013 06:52 (UTC +04:00)

APA-nın “Khabaronline” saytına istinadən məlumatına görə, kitabın nə üçün sərgidən yığışdırıldığı hələlik məlum deyil.

Azərbaycan, Türkiyə, Almaniya, Çin, Yaponiya, Oman, Cənubi Koreya, Venesuela, Rusiya, Meksika, Küveyt, Qazaxıstan, Belçika, Türkmənistan, ABŞ, Kanada, Əfqanıstan, İspaniya, Polşa və Hindistanın iştirak etdiyi beynəlxalq sərgi artıq sona çatıb.

Qeyd edək ki, H. Rəfsəncanini kitabı üç il əvvəl çap olunub. “Sərahətnamə”də sabiq prezident siyasi, mədəni və özəl həyatı ilə bağlı müxtəlif suallara aydınlıq gətirir. Kitab ötən il ikinci dəfə çap edilib.

H. Rəfsəncani bu il iyunun 14-də keçiriləcək seçkilərdə iştirak etmək üçün İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR