Braziliyalı baş məşqçi “Azəryol” klubundan ayrılıb

Braziliyalı baş məşqçi “Azəryol” klubundan ayrılıb
# 21 aprel 2014 09:37 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqası başa çatdıqdan sonra ilk baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, “siftə” həmişə olduğu kimi, yenə “Azəryol” klubundan gəlib.

Belə ki, Çempionlar Liqasında və CEV kubokunda uğursuz mövsüm keçirən, Super Liqanın final mərhələsində “Rabitə”yə hər 3 oyunda uduzan komanda rəhbərliyi Ancelo Vercesi ilə müqaviləni uzatmamaq qərarına gəlib.

2 mövsüm öncə “Bakı”ya bürünc medal qazandıran Vercesi xəbəri təsdiqləyib. O, sosial şəbəkələrdə Azərbaycana təşəkkür edərək, artıq vətəni Braziliyaya yola düşüb: “Bakıda axırıncı gün... Təşəkkürlər Azərbaycan... Yaxşı mövsüm keçirdik. “Azəryol” rəhbərliyinə, məşqçilər heyətinə, oyunçulara və Azərbaycan “çox sağ ol” deyirəm”.

Qeyd edək ki, digər klublarda da baş məşqçi dəyişikliyi istisna deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR