Azərbaycanın NATO-dakı nümayəndəliyi: “NATO ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində siyasi dialoq, strateji məlumatlandırma, təcrübə mübadiləsi aparılır”

Azərbaycanın NATO-dakı nümayəndəliyi: “NATO ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində siyasi dialoq, strateji məlumatlandırma, təcrübə mübadiləsi aparılır”
# 14 dekabr 2013 08:07 (UTC +04:00)

Bunu Azərbaycanda reallaşdırılan enerji layihələrinin mühafizəsində NATO-nun hansı tədbirləri gördüyü və necə iştirak etdiyinə dair APA-nın sualına cavab olaraq Azərbaycanın NATO-dakı nümayəndəliyindən bildiriblər. Açıqlamada deyilir ki, NATO ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində siyasi dialoq və strateji məlumatlandırma, mühüm enerji infrastrukturlarının mühafizəsi üzrə təcrübə mübadiləsi, təlim və tədris sahələrində əməkdaşlıq qurulub.


Nümayəndəlikdən xatırladıblar ki, Azərbaycan 2008-ci ilin mart ayında öz zəngin təcrübəsinə əsaslanaraq Enerji İnfrastrukturunun Mühafizəsi üzrə Avroatlantik Tərəfdaşlıq Şurası formatında qeyri-formal işçi qrupuna sədrliyi üzərinə götürüb, qrup çərçivəsində seminarlar və görüşlər keçirilir və müvafiq sahə üzrə təcrübə mübadiləsi aparılır.

Regionda enerji layihələrin qorunması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı nümayəndəlikdən bildiriblər ki, enerji təhlükəsizliyi sahəsində layihələr NATO-nun Meydana gələn Təhlükəsizlik Çağırışları İdarəsi və Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və sonuncu belə uğurlu layihə 2013-cü ilin 23-24 may tarixlərində Bakıda NATO-nun təhlükəsizlik çağırışlarına dair tərəfdaşlıq konfransı olub: “NATO hazırkı mərhələdə mühüm enerji infrastrukturlarının mühafizəsinə dəstək göstərilməsi, hərbi sahələrdə enerji səmərəliliyinin artırılması, kəşfiyyat və strateji məlumatlandırma, məsləhətləşmələr, digər enerji təhlükəsizliyi üzrə təsisatlar ilə dialoq aparılması, təlim, tədris və enerji sahələri üzrə ictimai diplomatiya səylərinin gücləndirilməsi üzrə fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR