Putin Rusiya-Ukrayna sərhədində keçirilən hərbi təlimlərin dayandırılması haqda göstəriş verib

 Putin Rusiya-Ukrayna sərhədində keçirilən hərbi təlimlərin dayandırılması haqda göstəriş verib
# 04 mart 2014 10:10 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, dünən Putinə təlimlərin uğurla keçdiyi haqda məruzə edilib. Bundan sonra Putin hərbi birləşmələrin komandirlərinə hərbi hissələrə qayıtmaq haqda göstəriş verib.

Bununla belə Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın Xarkov, Luqansk və Donetsk vilayətləri ilə sərhəd bölgələrində hərbi texnikanın cəmləşdiyi haqda məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR