Gəncədə 25 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 25 yaşlı oğlan bıçaqlanıb
# 16 dekabr 2013 06:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə sərxoş gənc naməlum şəraitdə bıçaqlanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə şəhər sakini, 1988-ci il təvəllüdlü Hafiz Rəhimov qarın nahiyəsinin 3 yerindən kəsilmiş deşilmiş yara diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir.

Polis İdarəsindən bildirilib ki, 25 yaşlı H. Rəhimov sərxoş olduğundan onu dindirmək hələlik mümkün olmayıb. Ona görə də gəncin kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR