Pakistanda kinoteatrda partlayış baş verib: 5 nəfər ölüb, 30 nəfər yaralanıb

Pakistanda kinoteatrda partlayış baş verib: 5 nəfər ölüb, 30 nəfər yaralanıb
# 03 fevral 2014 08:33 (UTC +04:00)

Bakı – APA. Pakistanda kinoteatrda törədilmiş partlayış nəticəsində 5 nəfər ölüb, 30 nəfər yaralanıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, terror aktı Pişəvər şəhərində baş verib.

Partlayışın tamaşaçılardan birinin iki ədəd qumbaranı işə salmasından sonra baş verdiyi bildirilir.

Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR