Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin uçuş heyətinin sığorta stajlarının hesablanması qaydası müəyyənləşib

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin uçuş heyətinin sığorta stajlarının hesablanması qaydası müəyyənləşib
# 05 mart 2014 08:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda dəyişiklik edib.

APA-nın verdiyi məlumata görə, dəyişiklik Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi ilə əlaqədardır.

“Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin idman aviasiya təşkilatlarının uçuş heyəti vəzifələrində bir il işə görə il yarım sığorta stajı hesablanacaq, bu şərtlə ki, onlar uçuş hazırlığının tədris planını yerinə yetirmiş olsunlar. Bir il ərzində mürəkkəb və ya ali pilotaj elementlərinin yerinə yetirilməsinə görə iki il sığorta stajı hesablanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR