AFFA milli çempionatda legioner limitini dəyişə bilər

AFFA milli çempionatda legioner limitini dəyişə bilər
# 12 fevral 2014 14:47 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, tədbirdə Qurban Qurbanov (Qarabağ), Böyükağa Hacıyev (Neftçi), Kaxaber Sxadadze (İnter), Mustafa Dənizli (Xəzər Lənkəran), Georgi Çixradze (Simurq), Vaqif Sadıqov (AZAL), Güvenç Kurtar (Rəvan) və Aqil Məmmədov (Sumqayıt) iştirak ediblər.

Yığmanın baş məşqçisinin köməkçiləri, AFFA-nın texniki direktoru, müxtəlif yaş qruplarından ibarət millilərin çalışdırıcıları və klub rəsmilərinin də görüşə qatılıb. Tədbirdə İcraiyyə Komitəsinin (İK) Topaz Premyer Liqasının 2014/2015-ci il mövüsümü üçün legioner limiti ilə bağlı qəbul etdiyi qərarla bağlı məşqçilər fikirlərini bildirib, İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub. Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR