“Azərbaycan Dəmir Yolları”nda Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Dəmir Yolları”nda Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirilib
# 07 may 2014 12:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu haqda “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Tədbirdə giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Qurban Nəzirov bildirib ki, bu günlərdə Azərbaycanda və Azərbaycan həqiqətlərinin tanındığı hər yerdə, azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə H.Əliyevin anadan olmasının 91 illik yubileyi ilə bağlı tədbirlər keçirilir.

Q. Nəzirov ümummilli liderin həyat yolundan ətraflı bəhs edib, onun sayəsində ölkəmizin dünyanın siyasi mənzərəsində öz yerini müəyyən etdiyini, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının tam hüquqlu üzvü olduğunu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə başladığını qeyd edib.

“Xarici iqtisadi sərmayələrin ölkəyə axını məhz o böyük şəxsiyyətin yaratdığı stabillik sayəsində mümkün oldu. Əsrin ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz o böyük şəxsiyyətin iştirakı ilə qoyulub. 1969 -2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14 300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib”, - deyə Q. Nəzirov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR