Almatıda Maliyyə Direktorlarının Xəzər Sammiti keçiriləcək

Almatıda Maliyyə Direktorlarının Xəzər Sammiti keçiriləcək
# 06 mart 2014 13:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin iyunun 10-11-də Almatıda (Qazaxıstan) Adam Smit İnstitutun təşkilatçılığı ilə «Qazaxıstan, Azərbaycan və Türkmənistanın aparıcı maliyyə peşəkarları birlikdə» mövzusunda Maliyyə Direktorlarının I Xəzər Sammiti keçiriləcək.

«APA-Economics»in xəbər verdiyi kimi, regional və beynəlxalq yüksək səviyyəli maliyyə mütəxəssislərinin iştirak edəcəyi bu konfransda bir sıra aktual mövzular üzrə müzakirələr aparılacaq.

Müzakirə olunacaq mövzular sırasında korporativ xəzinədarlıq, likvidlik və nağd vəsaitlərin idarə edilməsi, biznesin səmərəliliyinin artırılması, maliyyə planlaşdırması, büdcənin tərtibi və hesabatlılıq kimi mövzuları qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR