ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib

ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib
# 05 mart 2014 13:16 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR