Yaxın iki ildə Gəncədə minə yaxın layihə həyata keçiriləcək

Yaxın iki ildə Gəncədə minə yaxın layihə həyata keçiriləcək
# 18 fevral 2014 14:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Yaxın iki il ərazində Gəncədə irili-xırdalı 1000-ə yaxın layihə icra olunacaq. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Gəncənin Avropanın gənclər paytaxtı olması şəhərdə önəmli layihələrin həyata keçirilməsi zərurətini yaradıb. E. Vəliyev qeyd edib ki, artıq Gəncənin qədimiliyini saxlamaqla, 1000-ə yaxın yeni infrastruktur layihələr hazırlanıb ki, bu ildən bu layihələrin icrasına başlanılacaq. İcra başçısı bu il 180 layihənin həyata keçiriləcəyini bildirib.

“Önəmli layihələrdən Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisi, Gəncə çayının sahilində bulvarın salınması, çayın sahilində 15-ə yaxın 12-16 mərtəbəli yaşayış binalarının tikintisini göstərmək olar. Bundan başqa, şəhərin baş planına əsasən bir neçə yerdə bütün infrastrukturu olmaqla şəhərciklər salınacaq”, - deyə E.Vəliyev bildirib.

İcra Hakimiyyətinin başçısı həmçinin qeyd edib ki, şəhərdə abadlıq işləri çərçivəsində 32 kilometr uzunluqda olan 30 küçə yenidən qurulacaq. Artıq Əziz Əliyev və Atatürk prospektlərində işlərə başlanıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR