İqtisadiyyat və sənaye naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO - VİDEO

İqtisadiyyat və sənaye naziri Tərtərdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 dekabr 2013 14:55 (UTC +04:00)


Bakı – APA. Dekabrın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tərtərdə vətəndaşları qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, Tərtər rayon Gənclər Mərkəzində təşkil olunmuş qəbulda Ş.Mustafayev Ağdam, Goranboy və Tərtər rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.

Qəbulda vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, güzəştli kredit resurslarına çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə kredit ittifaqlarının yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, çörək istehsalı, heyvandarlıq, arıçılıq, balıqçılıq, meyvəçilik sahələrinin inkişafı, istixanaların yaradılması, mebel istehsalının təşkili və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Ümumiyyətlə, Tərtərdə keçirilmiş qəbulda 50-dən çox vətəndaş iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR