Azərbaycanlı rəssam Moskvada keçirilən beynəlxalq festivalda iştirak edəcək

Azərbaycanlı rəssam Moskvada keçirilən beynəlxalq festivalda iştirak edəcək
# 20 iyun 2013 14:10 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanlı rəssam Moskvada keçirilən beynəlxalq festivalda iştirak edəcək.

APA-nın məlumatına görə, Moskvadakı Mərkəzi Rəssamlar Evində "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Tədbir Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondunun təşkilatçılığı ilə 2007-ci ildən keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi tanınmış rəssam Namiq Məmmədov təmsil edəcək. Namiq Məmmədovun 1997 və 2004-cü illərdə Norveçin Oslo şəhərində, 2007-ci ildə Danimarkanın Kopenhagen şəhərində fərdi yaradıcılıq sərgiləri keçirilib. Əsərləri Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Fransa, Böyük Britaniya, Almaniya, Norveç, Türkiyə, İtaliyadakı şəxsi kolleksiyalarda saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR