Türkiyə İrandan 2014-cü ildə ən azı 5 milyon ton xam neft idxal edəcək

Türkiyə İrandan 2014-cü ildə ən azı 5 milyon ton xam neft idxal edəcək
# 18 oktyabr 2013 10:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyə İrandan 2014-cü ildə ən azı 5 milyon ton xam neft idxal edəcək.

APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, İrandan neft idxalını azaltdıqları təqdirdə ölkəni enerji ilə təmin etmək sahəsində problem yarana bilər: “Türkiyədə son on ildə enerji istehlakı iki dəfə artıb. Növbəti on ildə də yenə iki dəfə artacaq. Hökumət xalqın ehtiyaclarını qarşılamaq öhdəliyi var. Ona görə də İrandan təbii qaz idxalını artırmaq niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR