Dövlət Komitəsi: “Azərbaycanın həm siyasi, həm də ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı ildən-ilə artır”

Dövlət Komitəsi: “Azərbaycanın həm siyasi, həm də ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı ildən-ilə artır”
# 14 iyun 2013 08:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Ötən qurultaydan keçən 5 il ərzində ölkəmizin beynəlxalq nüfuzu, sürətlə artan sosial-iqtisadi inkişafı, ölkə daxilindəki ictimai-siyasi sabitlik göz qabağındadır”.

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının IV Qurultayındakı məruzəsində deyib.

Komitə sədri bildirib ki, prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan kompleks islahatlar, regionların inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyası, düşünülmüş xarici siyasətin nəticələri danılmazdır.

Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanın həm siyasi, həm də ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı ildən-ilə artır. Onun sözlərinə görə, səhiyyə, KİV, təhsil, elm, mədəniyyət sahələrində böyük təmsilçiliyi olan qadınların ordu, idman, siyasət, iqtisadiyyat, milli təhlükəsizlik, diplomatiya, neft istehsalı, məhkəmə və hüquq mühafizə orqanlarında da sayı gündən-günə çoxalır. H. Hüseynova deyib ki, onların işinin əsas istiqamətlərindən biri də qadınların liderlik mövqeyinin yüksəldilməsi, hakimiyyətdə və idarəetmədə iştirakının artırılması, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi öz potensialını tam reallaşdırmasına nail olmaqdan ibarətdir: “Dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq, son seçkilərdə Milli Məclisdə qadın millət vəkillərinin sayı artaraq, 10 faizdən 16 faizə, bələdiyyələrdə isə qadınların sayı 4 faizdən 26 faizə çatıb. Azərbaycanda ailə institutunun qorunub saxlanması dövlət siyasətinin əsas məqsədlərindən biridir. Bu siyasəti gücləndirən, milli adət ənənələrin və ailə dəyərlərinin qorunmasında, ailələrin möhkəmləndirilməsində bizim qadınlarımızın xüsusi rolu var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR