Qaxda yük maşını yanıb - VİDEO

Qaxda yük maşını yanıb - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2013 17:33 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda yük maşını yanıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi rayonun Almalı kəndi ərazisində baş verib. Hadisə yerinə FHN-nin Qax rayon DYMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hadisə nəticəsində Zaqatala rayon sakini Abdürəhmanov Elnur Hidayət oğluna məxsuz, hərəkətsiz vəziyyətdə olan “Ford” markalı 99 CD 336 nişan dövlət nömrəli yük maşınının yanar hissələri yanıb. Avtomobil yararsız hala düşüb.

Fakla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR