Azərbaycan səfiri Əfqanıstan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

Azərbaycan səfiri Əfqanıstan Milli Assambleyasının sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 may 2013 09:23 (UTC +04:00)

Bakı – APA. Mayın 5-də Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov Əfqanıstan İslam Respublikası Milli Assambleyasının sədri (Volesi Jirqa) Alhac Abdul Rauf İbrahimi ilə görüşüb. Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə iki dost ölkə arasında ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib.

D. Şikarov Azərbaycanın daxili və xarici siyasəti, iqtisadi islahatlar, icra edilmiş və edilməkdə olan strateji layihələrdən, sosial proqramlardan danışıb. O, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqqında da spikerə ətraflı məlumat verərək 2012-ci ilin may ayında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Əfqanıstan parlamentində aparılan müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəklədiyi üçün həmsöhbətinə təşəkkür edib.

Xalqlar arasında ənənəvi dostluq əlaqələrindən danışan parlament sədri Azərbaycanın Əfqanıstanda davamlı sülhün bərqərar olunmasına istiqamətlənmiş sülh prosesinə tam dəstək verdiyinə görə öz minnətdarlığını bildirib. Milli Assambleyanın sədri Əfqanıstan və Azərbaycan parlamentləri arasında əlaqələrinin yaradılmasının vacibliyini qeyd edib. O, Əfqanıstanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycanın mövqeyini tam dəstəklədiyini vurğulayıb.

Daha sonra səfir Əfqanıstanın iqtisadiyyat naziri Abdul Hadı Arqandival ilə görüşüb.

Əfqanıstana səfəri çərçivəsində səfir D. Şikarovun Kabil yaxınlığında Türkiyə tağımı nəzdində xidmət çəkən Azərbaycan sülhməramlılarını da ziyarət edib. Görüş zamanı Azərbaycan sülhməramlılar bölüyünün komandiri tabeçiliyində olan şəxsi heyətin fəaliyyəti haqda geniş məlumatlar verib. Türk tağımının komandiri, general-mayor Əli Rza Kuçu Azərbaycan sülhməramlılarının xidmətini yüksək qiymətləndirərək, bölüyün bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR