Çayların çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən monitorinqin nəticəsi açıqlanıb

Çayların çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən monitorinqin nəticəsi açıqlanıb
# 23 may 2013 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, may ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 15 m3/san azalaraq 362 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar və mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

May ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə isə fenollar 2, mis birləşmələri 4, Bəhramtəpədə isə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib və suyun oksigen rejimi bütün məntəqələrdə 5.51-6.10 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR