Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib - FOTO

Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib  - <span style="color: red;">FOTO
# 02 iyul 2013 15:52 (UTC +04:00)

APA-nın məlumatına görə, son illər Azərbaycanla Belçika arasında yaxşı əməkdaşlıq əlaqələrinin yaradıldığını vurğulayan dövlət başçısı bu istiqamətdə səfirin fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminlik ifadə olunub. İkitərəfli əlaqələrin inkişafı, Azərbaycan Avropa əməkdaşlığı və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR