Bakıda 50-dən artıq xarici ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi keçirilir - FOTO - VİDEO

Bakıda 50-dən artıq xarici ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi keçirilir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2013 11:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən etibarən Bakıda 50-dən artıq xarici ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi öz işinə başlayıb.

APA-nın xəbərinə görə, 2 gün davam edəcək sərgidə İngiltərə, İsveç, Şimali Kipr, İtaliya, Yunanıstan, ABŞ, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri və xaricdə təhsil şirkətləri iştirak edirlər. Ümumilikdə sərgidə 10 ölkənin ali təhsil ocaqları təmsil olunur.

Sərgi çərçivəsində tələbələrə və valideynlərə dövlət və özəl universitetlərdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar və pulsuz ali təhsil imkanları haqda ətraflı məlumatlar veriləcək, təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulub.


Qeyd edək ki, sərgi 5-6 oktyabr tarixlərində saat 13:00-18:00 arası “Hilton” hotelində keçirilir. Sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR