Azərbaycanda çimərlik mövsümünə rəsmən start verilib - FOTO - APA TV

Azərbaycanda çimərlik mövsümünə rəsmən start verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 01 iyun 2013 08:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bu məqsədlə keçirilən tədbirdə qonaqlar DSXX-nin istifadəsində olan xilasetmə avadanlıqları ilə tanış olublar.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə və nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən DSXX-nin rəis müavini Bəxtiyar Həsənov bildirib ki, hazırda xidmətin 31 xilasetmə məntəqəsi var: “Eyni zamanda xidmətin çimərlik ərazilərində postları mövcuddur. Son üç ildə çimərlik və qeyri-çimərlik ərazilərində nəzarət daha da gücləndirilib. Bu il hava ilə doldurulan on ədəd qayıq, hava yastıqlı iki ədəd müasir kater, həmçinin digər xilasetmə avadanlıqları alınıb. Çimərliklərdə post patrul xidmətinin və təcili tibbi yardım maşınlarının ayrılması üçün müvafiq qurumlara müraciət olunub”.

Tədbirin sonunda qonaqlar DSXX-nin əməkdaşlarının təlimlərini izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR