Monqolustanda prezident seçkilərində hazırkı dövlət başçısı qalib gəlib

Monqolustanda prezident seçkilərində hazırkı dövlət başçısı qalib gəlib
# 27 iyun 2013 04:50 (UTC +04:00)

Bakı-APA. Monqolustanın hazırkı prezidenti Saxiaqiyn Elbeqdorj dünən ölkədə keçirilmiş prezident seçkilərində qalıb gəlib. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.

Monqolustan Baş Seçki komitəsinin məlumatına əsasən, Demokrat partiyasını təmsil edən Elbeqdorj səslərin 50,22%-ni toplayıb. Onun əsas rəqibi keçmiş güləşçi Badmaanyambuuqiyna Bat-Erdgne 41,48% səs alıb. Ölkə tarixində prezident seçkilərində iştirak edən ilk qadın olan Nasaqiyn Udval 8,3% səs toplayıb.

Səsvermədə seçicilərin 64%-i iştirak edib. Ölkədə 1,8 milyon seçici var.

Elbeqdorj ilk dəfə 2009-cu ildə prezident seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR