İran Məhkəmə Sisteminin rəhbəri ölkədə sekularizm və Qərb demokratiyasının tərəfdarı olan qüvvələrə sərt xəbərdarlıq edib

İran Məhkəmə Sisteminin rəhbəri ölkədə sekularizm və Qərb demokratiyasının tərəfdarı olan qüvvələrə sərt xəbərdarlıq edib
# 25 iyul 2013 08:50 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani ölkədəki bəzi qüvvələrə xəbərdarlıq edib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, S. Laricani bildirib ki, İranda sekular dövlətin qurulmasını istəyən və İmam Xomeyninin yolunu qəbul etməyən qüvvələr yenidən baş qaldırıblar: “Bu qüvvələr əsasən İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edənlər və islahatçılar düşərgəsinə meylli olanlardır. Deyəsən bir ilan kimi onların da canlarına isti dəyib və bu baxımdan yerlərində oynayırlar. Ancaq böyük səhv edirlər. Çünki xalq bu qüvvələrin fikirlərini əsla qəbul etməyəcəklər”.

Onun sözlərinə görə, bəzi qüvvələr də ötən illərdə inqilabı qəbul etdiklərini deyirdilər: “Ancaq güclərini tamamilə inqilabı öz yolundan və vilayəti fəqihdən, yəni İmam Xomeyninin yolundan uzaqlaşdırmağa sərf etmək istədilər. Bu qüvvələr “Quran” və sünnəni öz yaşayışlarında tətbiq etmək istəmirdilər. Ancaq həmin qüvvələr sekularizm və ölkəyə Qərb demokratiyasını gətirmək düşüncəsini öz beyinlərindən çıxarsınlar. Çünki bu ölkədə İmam Xomeyni inqilabın əsasıdır, onların kifayət qədər sözləri və danışıqları var. Belə şəxsləri və qüvvələr heç bir şeyə nail ola bilməyəcəklər. Çünki hazırda ölkədə onlara bu cür fəaliyyət göstərməsi üçün icazə veriləcək vəziyyət yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR