Rusiya və Ermənistan Metsamor AES-nin yeni enerji blokunun tikintisinə dair texniki əməkdaşlıq sazişi hazırlayıb

Rusiya və Ermənistan Metsamor AES-nin yeni enerji blokunun tikintisinə dair texniki əməkdaşlıq sazişi hazırlayıb
# 21 noyabr 2013 20:16 (UTC +04:00)

Bu saziş Metsamor atom elektrik stansiyasının (AES) yeni enerji bloku üzrə texniki əməkdaşlığı da nəzərdə tutur. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan hökumətinin noyabrın 21-də keçirilmiş iclasında qeyd olunan layihəni Ermənistanın energetika naziri Armen Movsisyan təqdim edib.

Qeyd edək ki, saziş hökumət tərəfindən hələlik qəbul edilməyib.

Yeni enerji blokunun tikiləcəyi tarix hələlik məlum deyil. Buna səbəb maliyyələşməyə dair tam zəmanətin olmamasıdır. Qeyd edək ki, Rusiya hələlik layihənin bir hissəsini maliyyələşdirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, cari ilin sentyabrında Metsamor AES-nin fəaliyyət göstərən enerji blokunun istismar müddəti 2016-cı ildən 2026-cı ilədək uzadılıb. Qeyd edək ki, Rusiyanın “Rosatom” şirkəti AES-in fəaliyyətini 2026-cı ilədək davam etdirilməsi üçün texniki dəstək göstərəcək. Rusiya bu məqsədlə Ermənistana məbləği yaxın 2-3 ay ərzində müəyyən ediləcək güzəştli kredit ayırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR