Gənclər və idman naziri Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək
# 16 sentyabr 2013 16:48 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov tərəfindən cari ilin sentyabr ayının 21-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11.00-da Sumqayıt şəhəri 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binasında (Sumqayıt şəhəri, 5-ci mikrorayon, Sülh küçəsi 17) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşların 20 sentyabr 2013-cü il tarixinədək saat 09.00-dan 18.00-dək qeyd olunmuş şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR