Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 10 oktyabr 2013 07:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,88 dollar və ya 1,9% azalaraq 1 barelə görə 101,61 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, oktyabrın 9-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,10 dollar və ya 1,0% azalaraq 109,06 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR