Parisdə irqçiliyə qarşı etiraz aksiyasında 25 min insan iştirak edib

Parisdə irqçiliyə qarşı etiraz aksiyasında 25 min insan iştirak edib
# 30 noyabr 2013 19:52 (UTC +04:00)

Bakı-APA. Fransanın paytaxtında irqçiliyə qarşı təşkil olunmuş etiraz aksiyasında 25 min insan iştirak edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə aksiyanın təşkilatçısı olan Fransa İnsan Haqları Liqasının prezidenti Pyer Tartakovski bildirib.

“İrqçiliyə qarşı etiraz aksiyasında 25 min insan iştirak edib. “Hamılıqla irqçiliyə qarşı” devizi altında keçirilən yürüş Respublika meydanından başlayaraq Bastiliya meydanında tamamlanıb”, deyə Tartakovski qeyd edib.

Aksiyaya səbəb irqçi təşkilatların qaradərili ədliyyə naziri Kristian Toburanı açıq hədələməsi və sıxışdırması olub. Belə ki, ultra sağ Minute həftəlik nəşr son buraxılışında naziri meymunla müqayisə edib. Bu hadisələr ölkə əhalisi arasında ciddi narazılığa səbəb olub. Məlumata görə, hökumət nazirin mühafizəsini gücləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR