Hacıqabulda ərzaq malları daşıyan yük maşını aşıb, sürücü ağır yaralanıb - FOTOSESSİYA - VİDEO

Hacıqabulda ərzaq malları daşıyan yük maşını aşıb, sürücü ağır yaralanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2013 21:27 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda yük maşını aşıb, sürücü və iki sərnişin ciddi xəsarət alıb. BDYPİ-dən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, oktyabrın 24-də saat 18.15 radələrində Bakı-Qazax yolunun 112-ci kilometrliyində Haçıqabul şəhəri ərazisində şirniyyat malları daşıyan KAMAZ markalı yük avtomobili idarəetməni itirərək yolun ortasında yerləşən metal səddə çırpılaraq aşıb. Nəticədə sürücü Füzuli rayon Hüseynbəyli kənd sakini 1991-ci il təvəllüdlü Familzadə Aqşin Möhübbət oğlu ağır vəziyyətdə bel fəqərəsinin kompression sınığı diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, oradan isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib. Avtomobildə olan sərnişinlər Füzuli rayonu Yuxarı Veysəlli kənd sakini 1982-ci il təvəllüdlü Mustafayev Davud Cəmil oğlu və İmişli rayonu Qaragüvəncli kənd sakini 1971-ci il təvəllüdlü Əliyev Eynulla Soltan oğlu - hər ikisi döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Qəza nəticəsində ərzaq məhsullarının məxsus olduğu şirkətə ciddi maddi ziyan dəyib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR