AŞPA prezidenti Jan Klod Minyon Avropa Şurasının baş katibi postuna namizədliyini verəcək

AŞPA prezidenti Jan Klod Minyon Avropa Şurasının baş katibi postuna namizədliyini verəcək
# 13 noyabr 2013 15:02 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, Moskvaya səfəri zamanı bildirib.

Minyon deyib ki, seçiləcəyi təqdirdə, AŞ ilə digər beynəlxalq təşkilatlar arasında əlaqələri inkişaf etdirmək niyyətindədir.


Qeyd edək ki, AŞ-nin baş katibi postuna namizədlər 2014-cü il yanvarın 1-dək məlum olacaq. Baş katib isə AŞPA-nın qış sessiyasında 4 il müddətinə seçiləcək.

Hazırkı baş katib Tyornbyorn Yaqland AŞPA-nın payız sessiyasında namizədliyini yenidən irəli sürmək niyyətində olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR