Bakının cənub girişinin bağlanması böyük tıxaclara səbəb olub - FOTO

Bakının cənub girişinin bağlanması böyük tıxaclara səbəb olub - <span style="color: red;">FOTO
# 20 noyabr 2013 17:59 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Axşam saatlarında Bakı Dairəvi yolda böyük tıxaclar yaranıb. APA-nın verdiyi məlumata görə, buna səbəb cənub istiqamətindən paytaxta girişin bağlanmasıdır.

Qeyd edək ki, Bakıya cənubdan girişin bağlanması noyabrın 21-dən 24-dək paytaxtın Səbail rayonu ərazisində keçiriləcək GT3 avtomobil yarışı ilə əlaqəlidir. Bu müddət ərzində paytaxtın Mikayıl Useynov, Qurban Abbasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəyov Qardaşları, Aydın Məmmədov və Əli Nəzmi küçələri istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR