“Quş qripi” ilə bağlı monitorinqin vaxtı vəziyyət sabit olduğu üçün dəyişdirilib

“Quş qripi” ilə bağlı monitorinqin vaxtı vəziyyət sabit olduğu üçün dəyişdirilib
# 27 yanvar 2014 13:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Köçəri quşlar arasında da, ev quşları arasında da heç bir xəstəlik müşahidə olunmadığına, vəziyyət sabit olduğuna görə monitorinqin vaxtı dəyişdirilib.

Bu barədə APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəsmisi Yolçu Xanvəli məlumat verib.

Y. Xanvəli bildirib ki, bununla yanaşı, passiv monitorinqlər davam edir: “Hər bir rayonun Baytarlıq İdarəsinə tapşırmışıq, onlar vəziyyətə nəzarət edirlər. Biz də məlumat verilib ki, vəziyyət hələlik stabildir, narahatedici hal müşahidə olunmur”.

Qeyd edək ki, respublika ərazisində quş qripinə görə yanvarın 27-də nəzərdə tutulan monitorinq fevralın 10-a keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR