«Nar Mobile» yeni beynəlxalq danışıq tariflərini açıqlayıb

«Nar Mobile» yeni beynəlxalq danışıq tariflərini açıqlayıb
# 03 fevral 2014 10:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın «Azerfon» mobil rabitə operatoru («Nar Mobile» ticarət nişanı) öz abunəçilərinə beynəlxalq zənglər üçün eyni qiymətlər təklif edir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Nar Mobile» abunəçiləri MDB, Avropa, ABŞ və digər ölkələrə 1 dəqiqəsi üçün cəmi 32 qəpik ödəyərək zəng edə bilərlər.

Bundan əlavə, həftənin şənbə və bazar günləri milli bayram günləri və pik olmayan saatlarda (00:00-dan 08:00-dək) beynəlxalq zəngin 1 dəqiqəsi cəmi 24 qəpikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR