Azərbaycan yığması Rusiya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan yığması Rusiya ilə yoldaşlıq görüşü keçirəcək
# 07 fevral 2014 09:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol millisinin Türkiyədə yoxlama oyunu keçirəcək rəqiblərindən biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Rusiyanın müvafiq milli komandası ilə qarşılaşacaq. Görüş fevralın 12-də baş tutacaq.


Qeyd edək ki, millimiz fevralın 8-dən 16-dək Türkiyədə hazırlıq keçəcək. Həmin müddətdə bir neçə yoldaşlıq matçlarının keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR