İranın BMT-dəki daimi nümayəndəliyinin ofisinə təhdid məktubu göndərilib

İranın BMT-dəki daimi nümayəndəliyinin ofisinə təhdid məktubu göndərilib
# 27 dekabr 2013 12:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın BMT-dəki daimi nümayəndəliyinin ofisinə təhdid məktubu göndərilib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, dekabrın 26-da axşam saatlarında göndərilən bağlamada üzərində İsrailə məxsus marka olan məktub, həmçinin bir neçə həşərat qurusu olub.

Təhdid məktubunda “İsrailin düşməni olanlar virus hücumunun hədəfinə çevrilirlər”, deyə qeyd edilib. İranın BMT-dəki daimi nümayəndəliyi dərhal məsələ ilə bağlı yerləşdiyi ölkənin və İranın əlaqədar qurumlarını məlumatlandırıb. Bundan sonra mikrobioloji hallarla müdaxilə üzrə xüsusi həkim və mütəxəssis heyəti İranın Nyu-Yorkdakı ofisinə daxil olaraq, bağlama və məktubu daha çox araşdırma aparmaq və virusun yayılması təhlükəsinin qarşısını almaq üçün xüsusi diqqətlə ofisdən çıxarıb.

İndiyədək İranın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşlarının hansısa virusa yoluxması barədə məlumat yayılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR