Bakıda restoranda aşpazı qətlə yetirən şəxsə hökm oxunub

Bakıda restoranda aşpazı qətlə yetirən şəxsə hökm oxunub
# 20 dekabr 2013 14:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 22 yaşlı Adəm Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Əsədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Adəm Əsədov bu ilin martın 1-də Bakının Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən “İBO Kebab” restoranında Mövlan Mövlanovla mübahisə edib. O, mübahisə zamanı oxlovla Mövlanı döyərək öldürüb. Hər iki şəxsin restoranın aşpazı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR