Eldəniz Quliyev Eldar Namazovla Cəmil Həsənlini qınayıb

Eldəniz Quliyev Eldar Namazovla Cəmil Həsənlini qınayıb
# 17 fevral 2014 10:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu gün çox mənfi tendensiya mövcuddur. Düşünürlər ki, mən kimisə yıxsam, təhqir etsəm, qalib gələ bilərəm. Əslində kimisə qaldırmaq, xeyirxahlıq etmək adamı daha çox ucaldır. Bu fikrim həm Eldar Namazovla Cəmil Həsənli arasındakı konfrontasiyaya, həm də AXCP ilə Müsavat Partiyası arasındakı qarşıdurmaya aiddir”.

Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Milli Şuranın sədri Cəmil Həsənli və “El” Hərəkatının sədri Eldar Namazov arasındakı söz atışmasına münasibət bildirən deyib.

E.Quliyev müxalif düşərgədə bu mənfi tendensiyanın kəskin təzahür etdiyini vurğulayıb: “Bu adi məsələni anlasaq, bir çox nöqsanlardan xali olarıq. Bu, ən böyük arzularımdan biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR